“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəXəbərlər

Xəbərlər

Yeni tədris ili ərəfəsində şəhid ailəsi ziyarət edilib.

News Image

Yeni tədris ili ərəfəsində şəhid ailəsi ziyarət edilib.

14 sentyabr 2026-cı il tarixində ETİHİ Salyan Rayon Komitəsinin təşkilatçılığı ilə şəhid baş leytenant Əlisahib Selman oğlu Ələkbərovun ailəsi ziyarət olunub.

Əlisahib Ələkbərovun şəhadətindən bir neçə ay sonra dünyaya göz açan övladı Əlisahibin bu tədris ilində təhsil həyatına başlaması münasibətilə ETİHİ Salyan Rayon Komitəsinin sədri Aynur Əsgərova, Salyan rayonu üzrə Təhsil Sektorunun müdiri Razıgül Dadaşova və Salyan Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçi psixoloqu Sevinc Səmədova şəhidin ailəsinə baş çəkərək onun əmanətini təbrik edib, ona xoş arzularını çatdırıblar.

Onlar qeyd ediblər ki, bu sadəcə bir uşağın məktəb həyatına başlaması deyil, bu Vətən uğrunda canından keçmiş qəhrəmanımızın bizə əmanət qoyduğu övladının yeni həyat yoluna atdığı ilk addımdır.

Öz balaca ürəyində atasının müqəddəs xatirəsi ilə yanaşı, Vətən sevgisi, qürur və böyük arzular daşıyan körpə Əlisahibə uğurlu təhsil həyatı və parlaq gələcək arzulayan komitə sədri ona hədiyyə təqdim edib.

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

News Image

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.


Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.


Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.


Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.


Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.


ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək. 


“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.


Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında  Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib. 


Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.


Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.

İttifaq üzvlərinin Astaraya növbəti səfəri təşkil olunub

News Image

İttifaq üzvlərinin Astaraya növbəti səfəri təşkil olunub

5-6 sentyabr 2026-cı il tarixlərində ETİHİ Salyan Rayon Komitəsinin təşkilatçılığı ilə ittifaq üzvlərinin Astara rayonunda yerləşən "Astalanya" istirahət mərkəzinə səfəri təşkil olunub.

Gərgin və məsuliyyətli iş həftəsinin sonunda həmkarlarımız üçün təşkil olunan bu istirahət xoş əhval-ruhiyyə, səmimi ünsiyyət və unudulmaz anlarla yadda qalıb.

Təhsil işçiləri səfərin təşkilinə görə ETİHİ Salyan Rayon Komitəsinin rəhbərliyinə və yaradılan gözəl şəraitə, yüksək səviyyəli xidmətə görə isə "Astalanya" istirahət mərkəzinin rəhbərliyinə xüsusi təşəkkürlərini bildiriblər.

Səfər iştirakçıları tədbirin yalnız istirahət deyil, həm də həmkarlar arasında dostluq, birlik və əməkdaşlığın möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıblar. Onlar birlikdə istirahət edərək gözəl anları paylaşmaq və gündəlik qayğılardan bir qədər uzaqlaşmağın hər biri üçün xoş olduğunu qeyd ediblər.

Məktəbdə yubiley tədbiri keçirilib.

News Image

Məktəbdə yubiley tədbiri keçirilib.

06 sentyabr 2026-cı il tarixində Salyan şəhəri 9 nömrəli tam orta ümumtəhsil məktəbində uzun illər ibtidai sinif müəllimi işləmiş Məmmədova Gülşən Piralı qızının anadan olmasının 65-ci ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə ETİHİ Salyan Rayon Komitəsinin sədri Aynur Əsgərova və komitənin mütəxəssisi Təranə Səmədova iştirak edib. Aynur Əsgərova yubilyarı təbrik edərək, ona hədiyyə , Təbriknamə və mükafat təqdim edib.

Komitə rəhbəri ömrünün ən gözəl illərini təhsil sahəsinin inkişafına həsr edərək yüksək məsuliyyət və fədakarlıq tələb edən bir işdə calışan Gülşən xanım haqqında xoş sözlər söyləyib.

Təşkil olunmuş çay süfrəsi arxasında İllərdir çiyin-çiyinə calısdıqları kollektiv yoldaşları yubilyar haqqında xoş xatirələrini bölüşərək, onun yüksək mənəvi keyfiyyətlərindən, şagirdlərə göstərdiyi qayğı və sevgidən söhbət açıblar.

Tədbir iştirakçıları yubilyara möhkəm cansağlığı, bərəkətli və hüzurlu həyat arzulayıblar.

Daha sonra kollektivdə çalışan ittifaq üzvləri ilə səmimi söhbətlər aparılıb, onların asudə vaxtlarının və istirahətinin səmərəli təşkili məqsədilə komitə tərəfindən yaradılan şərait və imkanlar barəsində ətraflı məlumat verilib.

Kollektiv üzvləri komitənin rəhbərliyinə göstərdikləri diqqət, verdikləri dəyərə görə təşəkkür edib, xatirə şəkilləri çəkdirilib.

Salyanda Sülh aylığı çərçivəsində “Gələcəyin sülhsevər vətəndaşı, müəllim missiyası” adlı dəyirmi masa keçirilib

News Image

Salyanda Sülh aylığı çərçivəsində “Gələcəyin sülhsevər vətəndaşı, müəllim missiyası” adlı dəyirmi masa keçirilib

4 sentyabr 2026-cı il tarixində Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan rayonu üzrə Təhsil sektorunda Beynəlxalq Sülh Günü münasibətilə “Sülh aylığı” çərçivəsində “Gələcəyin sülhsevər vətəndaşı, müəllim missiyası” adlı dəyirmi masa keçirilib.

Salyan Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Salyan rayon komitəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dəyirmi masada Salyan Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Məhərrəm Məmmədov, YAP Salyan rayon təşkilatının sədr müavini Aqşin Babayev, ETİHİ Salyan Rayon Komitəsinin sədri Aynur Əsgərova, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Tədrisin Keyfiyyəti sektorunun aparıcı məsləhətçisi, 44 günlük Vətən müharibəsi iştirakçısı Vüqar Qələşov, Marışlı kənd tam orta məktəbinin hərbi rəhbəri, II Qarabağ müharibəsi qazisi Faiq Abdullayev və şəhid anası Zenfira Vəliyeva çıxış edərək sülhün əhəmiyyəti, gənc nəslin sülh və həmrəylik ruhunda tərbiyə olunması, müəllimlərin bu istiqamətdə üzərinə düşən mühüm vəzifələr, eləcə də ölkəmizdə sülh və sabitliyin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə fikirlərini bildiriblər. Çıxışlarda şagirdlərə sülh, qarşılıqlı hörmət, humanizm və həmrəylik dəyərlərinin aşılanmasında təhsil və müəllim amilinin xüsusi rolu vurğulanıb. Həmçinin gələcək nəsillərin sülhsevər vətəndaş kimi formalaşdırılmasının cəmiyyətin davamlı inkişafı baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.


Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.


ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.


Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.


Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.


Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.


Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.


Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.


Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.

İttifaq üzvlərinin Astaraya səfəri təşkil olunub

News Image

İttifaq üzvlərinin Astaraya səfəri təşkil olunub

29-30 avqust 2026-cı il tarixlərində ETİHİ Salyan Rayon Komitəsinin təşkilatçılığı ilə ittifaq üzvlərinin Astara rayonunda yerləşən "Astalanya" istirahət mərkəzinə səfəri təşkil olunub.

Gərgin və məsuliyyətli iş həftəsinin sonunda həmkarlarımız üçün təşkil olunan bu istirahət xoş əhval-ruhiyyə, səmimi ünsiyyət və unudulmaz anlarla yadda qalıb.

Səfər iştirakçıları tədbirin yalnız istirahət deyil, həm də həmkarlar arasında dostluq, birlik və əməkdaşlığın möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıblar. Onlar birlikdə istirahət edərək gözəl anları paylaşmaq və gündəlik qayğılardan bir qədər uzaqlaşmağın hər biri üçün xoş olduğunu qeyd ediblər.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər


Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.


Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.


Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.


Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.


Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.


Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.


Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.


Yarışlar avqustun 30-dək davam edəcək.

Keçmiş ittifaq üzvünün 70 illik yubiley tədbiri keçirilib

News Image

Keçmiş ittifaq üzvünün 70 illik yubiley tədbiri keçirilib

21 avqust 2026-cı il tarixində uzun illər ərzində Salyan rayonu Ə.Quliyev adına Qızılağac kənd tam orta ümumtəhsil məktəbinin rəhbəri olmuş Əliqulu Süleyman oğlu Babayevin 70 illik yubiley tədbiri keçirilib.

Tədbirdə yubilyarın ailə üzvləri, dostları, keçmiş iş yoldaşları ilə yanaşı ETİHİ Salyan Rayon Komitəsinin sədri Aynur Əsgərova da iştirak edib.

Komitə sədri yubilyara Təbriknamə və hədiyyə təqdim edərək , məktəb rəhbəri kimi çalışdığı illər ərzində təhsil müəssisəsinin inkişafına, müəllim kollektivinin formalaşmasına, gənc nəslin təlim-tərbiyəsinə böyük töhfələr vermiş Əliqulu Babayev haqqında xoş və səmimi sözlər söyləyib, ona möhkəm cansağlığı, həyatının müdrik çağını daha mənalı və hüzurlu keçirməyi arzulayıb.

Yubilyar da öz növbəsində şəxsi və ailəsi adından göstərilən diqqət və dəyərə görə komitə sədrinə minnətdarlığını bildirib.

Tədbirdə xoş və maraqlı anlar yaşanıb, xatirə şəkilləri çəkdirilib.

Bağçada yubiley tədbiri keçirilib.

News Image

Bağçada yubiley tədbiri keçirilib.

20 avqust 2026-cı il tarixində Salyan şəhəri 18 nömrəli uşaq bağçasında uzun illər tərbiyəçi müəllim işləmiş Ələsgəroba Flora Əli qızının anadan olmasının 65-ci ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə ETİHİ Salyan Rayon Komitəsinin sədri Aynur Əsgərova iştirak edib. O, yubilyarı təbrik edərək, ona gül dəstəsi, Fəxri Fərman və mükafat təqdim edib.

Komitə rəhbəri ömrünün ən gözəl illərini məktəbəqədər təhsil sahəsinin inkişafına həsr edərək yüksək məsuliyyət və fədakarlıq tələb edən bir işdə calışan Flora xanım haqqında xoş sözlər söyləyib.

Təşkil olunmuş çay süfrəsi arxasında İllərdir çiyin-çiyinə calısdıqları kollektiv yoldaşları yubilyar haqqında xoş xatirələrini bölüşərək, onun yüksək mənəvi keyfiyyətlərindən, körpələrə göstərdiyi qayğı və sevgidən söhbət açıblar.

Tədbir iştirakçıları yubilyara möhkəm cansağlığı, bərəkətli və hüzurlu həyat arzulayıblar.

Daha sonra kollektivdə çalışan ittifaq üzvləri ilə səmimi söhbətlər aparılıb, onların asudə vaxtlarının və istirahətinin səmərəli təşkili məqsədilə komitə tərəfindən yaradılan şərait və imkanlar barəsində ətraflı məlumat verilib.

Kollektiv üzvləri komitə sədrinə göstərdiyi diqqət, verdiyi dəyərə görə təşəkkür edib, xatirə şəkilləri çəkdirilib.

Salyanda keçmiş məktəb direktoru ziyarət olunub

News Image

Salyanda keçmiş məktəb direktoru ziyarət olunub

Uzun illər Salyan rayonu H.Şahbazov adına Kərimbəyli kənd tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsində çalışmış Fətiyeva Zərqələm Gülüş qızı ETİHİ Salyan Rayon Komitəsinin rəhbərliyi tərəfindən ziyarət olunub.

Komitə sədri Zərqələm Fətiyevanı təhsil sahəsində uzun müddət göstərdiyi fədakar və səmərəli fəaliyyəti münasibətilə dərin hörmət və ehtiram hissi ilə salamlayaraq ona Təşəkkürnamə və hədiyyə təqdim edib. O, qeyd edib ki, Zərqələm Fətiyeva çalışdığı illər ərzində təhsil müəssisəsinin inkişafına, müəllim kollektivinin formalaşmasına, gənc nəslin təlim-tərbiyəsinə və təhsilin keyfiyyətinin yüksəldilməsinə böyük töhfələr verib. Onun peşəkarlığı, məsuliyyəti, prinsipiallığı və insanlara olan diqqəti həmkarları və yetirmələri üçün hər zaman nümunə olub. Məktəbə rəhbərlik etdiyi illər ərzində qazandığı uğurlar, kollektivdə yaratdığı sağlam və mehriban mühit , müəllim və şagirdlərə göstərdiyi qayğı heç vaxt unudulmur.

Aynur Əsgərova Zərqələm müəlliməyə cansağlığı, uzun ömür, rahat həyat arzulayıb. Zərqələm Fətiyeva ona göstərilən diqqət, əməyinə verilən yüksək dəyərə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və Salyan Rayon Komitəsinin rəhbərliyinə dərin təşəkkürünü bildirib. O, belə təşəbbüslərin uzun illər təhsil sahəsində xidmətlər göstərmiş insanlar üçün böyük mənəvi dəyər kəsb etdiyini qeyd edib.

Salyan rayonunda ittifaq üzvləri ilə görüş keçirilib

News Image

Salyan rayonunda ittifaq üzvləri ilə görüş keçirilib

ETİHİ Salyan Rayon Komitəsi tərəfindən həyata keçirilən “Ey hörmətli müəllim!” layihəsi çərçivəsində 18 avqust 2026-cı il tarixində Salyan rayonu Kərimbəyli kənd uşaq bağçasında ittifaq üzvləri ilə görüş keçirilib.

Görüşün məqsədi ittifaq üzvləri ilə birbaşa ünsiyyət qurmaq, onların təklif və istəklərini dinləmək, bağçalarda əmək şəraitinin vəziyyəti ilə yaxından tanış olmaq, həmçinin onların rifahının təmin olunması və sosial hüquqlarının qorunması istiqamətində görülən işlər barədə ətraflı məlumat vermək olub.

Komitə sədri Aynur Əsgərova kollektivlə səmimi söhbət aparıb, təşkilat tərəfindən həyata keçirilən məqsədyönlü işlər və sosial layihələr barədə ətraflı məlumat verib.

Görüşün sonunda ittifaq üzvlərinin səsləndirdiyi rəy və təkliflər diqqətə alınaraq onları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.